Almaniya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha bir görüş reallaşıb.
“Arminiya” evdə “Verder” üzərində əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb.
Daha öncə “Ştutqart” və “Bayer Leverkuzen” də yarımfinala vəsiqəni təmin etmişdilər.
Mərhələnin son dueli sabah “Leyptsiq”lə “Volfsburq” arasında keçiriləcək.
Almaniya Kuboku
1/4 final
25 fevral
Arminiya – Verder 2:1
Qollar: Vorl, 35. Malatini, 41-öz qapısına – Burke, 56.