İngiltərə millisinin əfsanəvi sabiq yarımmüdafiəçisi Devid Bekhem futbol tarixinin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Amerikanın "İnter Mayami" klubunun həmsahibi olan Bekhem Londonda "Netflix"-in təşkil etdiyi sual-cavab sessiyasında iştirak edib.
O, Lionel Messini "dünyada bütün zamanların ən yaxşı oyunçusu" adlandırıb.
Xatırladaq ki, 37 yaşlı Messi hazırda ABŞ-da "İnter Mayami" klubunda çıxış edir.
Mirağa