Milli komandaların görüşləri ilə əlaqədar yaranan fasilədən sonra Azərbaycan Basketbol Liqası bərpa olunur.
Fanat.Az xəbər verir ki, bu gün 15-ci tur start götürəcək.
Turun ilk oyun günündə bir matç baş tutacaq. A qrupunda keçiriləcək yeganə qarşılaşmada turnir cədvəlindəki qonşular “Neftçi” və “Abşeron” qarşılaşacaq. Hesabında 20 xalı olan və 3-4-cü yerləri bölüşən komandalar arasındakı oyun Bakı İdman Sarayında təşkil olunacaq və saat 19:00-da başlayacaq.
Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq.