Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sabah"ı qəbul edəcək "Sumqayıt" matça tam heyətlə çıxa bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev deyib:
"Cəzalı futbolçumuz yoxdur. Silvanus Nimeli, Alan Dias və İsa Suliman "Sabah"a qarşı matçda zədə səbəbindən iştirak etməyəcəklər".
Qeyd edək ki, "Sumqayıt" - "Sabah" matçı fevralın 27-də keçiriləcək. Qarşılaşmanın start fiti 19:30-da səsləndiriləcək.Tərəflər arasında ilk görüşdə qalib müəyyənləşməyib (0:0).
Mirağa