"Milan" rəhbərliyi yarımmüdafiəçi Ticani Reynders ilə yeni müqavilə bağlamaq barədə razılığa gəlib.
Fanat.Az xəbər verir ki, məlumatı "Calciomercato" yayıb.
Mənbənin məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi "rossoneri" ilə müqaviləsinin müddətini 2030-cu ilə qədər uzadacaq. Ticaninin maaşı 3,5 milyon avroya qədər artırılacaq. Yeni müqavilədə fərdi və komanda nailiyyətlərinə görə müxtəlif bonus ödənişləri də nəzərdə tutulub.
26 yaşlı niderlandlı cari A Seriyasında 24 oyun keçirib. Yarımmüdafiəçi bu görüşlərdə 8 qol vurub və iki məhsuldar ötürmə edib.
Mirağa