Almaniya Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, son gündə bir oyun baş tutub.
“Leyptsiq” öz meydanında “Volfsburq”u minimal hesabla yenərək adını yarımfinala yazdırıb.
Daha öncə “Ştutqart”, “Bayer Leverkuzen” və “Arminiya” da yarımfinala yüksəlmişdilər.
Yarımfinal cütləri martın 2-də bəlli olacaq.
Almaniya Kuboku
1/4 final
26 fevral
Leyptsiq – Volfsburq 1:0
Qol: Şeşko, 69-pen.