Azərbaycan Birinci Liqasında 16-cı tur start götürüb.
Fanat.Az xəbər verir ki, bu gün bir oyun keçirilib.
"Baku Sportinq" öz meydanında "Cəbrayıl"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 21-ə yüksəldən "Baku Sportinq" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 16 xalı olan "Cəbrayıl" isə 7-ci yerdədir.
Turun qalan oyunları sabah keçiriləcək.
I Liqa
16-cı tur
27 fevral
"Baku Sportinq" - "Cəbrayıl" 1:0
Qol: Luka Stevanoviç, 39.