Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) qapıçıların topu cərimə meydançasında əlində saxlaması ilə bağlı yeni qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.
Bu qərar qüvvəyə minəndən sonra qapıçı topu 8 saniyədən çox əlində saxlayacağı halda, rəqibin xeyrinə künc zərbəsi təyin ediləcək.
Hazırda qolkiperlərin "mərmi"ni 6 saniyə əlində saxlamasına icazə verilir. Bu qayda pozulursa, rəqibə cərimə zərbəsi yerinə yetirir.
Yeni qayda 2025/2026 mövsümündən tətbiq olunacaq.