Azərbaycan qılıncoynatma ailəsinə ağır itki üz verib.
Fanat.Az xəbər verir ki, Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Fərhad Kasimov dünyasını dəyişib.
Məlumatı qurumun mətbuat xidməti yayıb.
Federasiya 61 yaşında vəfat edən mərhumun ailə üzvlərinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verib, onlara səbr diləyib.
Allah rəhmət eləsin!