Bir müddət "Araz Naxçıvan"ın düşərgəsində yer alan Elvin Əliyevin Naxçıvandan qaçdığı barədə xəbərlər yayılmışdı. Fanat.az təcrübəli futbolçunun Muxtar Respulika təmsilçisinin düşərgəsindən getməsinin səbəbləri barədə maraqlı məlumat əldə edib.
Məlumatlı mənbənin sözlərinə görə, Elvin Naxçıvandan qaçmayıb, qovulub. Belə ki, özünü yaxşı aparmayan futbolçu adını dəqiqləşdirə bilmədiyimiz şəxslə dava etdiyinə gbrə klub rəhbərliyi onu komandadan qovub. Bu zaman baş məşqçi Əsgər Abdullayevin qərarı əsas olub. Çalışdırıcı bu futbolçunun komandada qalmasını istəməyib.
Fanat.az