Dörd İngiltərə klubu "Atalanta"nın vingeri Ademola Lukmanın transferi uğrunda mübarizə aparırlar.
Fanat.Az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" və "Arsenal"ın nigeriyalını istədikləri bir müddəd öncədən bəlliydisə, artıq "Tottenhem" və "Çelsi" də rəqabətə qoşulublar.
Xəbərə görə, Lukman iş yerini dəyișməkdə qərarlıdır. Mənbə Berqamo təmsilçisinin onu mümkün qədər baha qiymətə satmağa çalışacağını vurğulayıb.
Qeyd edək ki, sözügedən forvard cari mövsüm "Atalanta" forması ilə bütün turnirlərdə 30 matça çıxaraq 17 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat