Portuqaliyalı ulduz Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" Səudiyyə Ərəbistanı Pro Liqasının 24-cü turunda evdə "Əl-Şəbab"ı qonaq edib.
Fanat.Az xəbər verir ki, görüş məhsuldar heç-heçəylə başa çatıb - 2:2.
Dörd qolun vurulduğu oyunda "Əl-Nəsr"in qollarından birini Kriştianu vurub.
Bu oyundan sonra "Əl-Nəsr" 48 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Türkiyəli əfsanəvi məşqçi Fatih Terimin çalışdırdığı “Əl-Şəbab”ın isə 40 xalı var və altıncı yerdədir.