Məlum olduğu kimi, bu həftə Premyer Liqada və əvəzedici heyətlər arasında Azərbaycan Çempionatının oyunları başlayır. Fanat.az xəbər verir ki, ilk turda “İnter” "doğma divarlar" arasında “Qəbələ”ni qəbul edəcək.
Ehtiyat komandaların görüşü avqustun 9-da baş tutacaq və oyun saat 17.00-da başlayacaq. Əsas komandanın oyunu isə bir gün sonra, yəni avqustun 10-da keçiriləcək və qarşılaşma saat 20.00-da baş tutacaq.
Qeyd edək ki, hər iki qarşılaşma “Şəfa” stadionunda olacaq.
Fanat.az