Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstanda titul qazanıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı oyunçumuzun çıxış etdiyi “Vaşaş Obuda” ölkə kubokunun qalibi olub.
Sözügedən kollektiv finalda KNRC ilə üz-üzə gəlib. “Vaşaş Obuda” rəqibini 3:1 hesabı ilə üstələyib.
Beləliklə, “Vaşaş Obuda” beşinci dəfə Macarıstan Kubokuna sahib çıxıb.