Topaz Premyer Liqasında 2014/15 mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb. Fanat.az xəbəp verir ki, qarşılaşmalar 2 gün ərzində keçiriləcək.
2014/15 mövsümü "Bakı"nın təlim-məşq bazasının stadionunda başlayacaq. Avqustun 9-da baş tutacaq ilk matç - "Bakı" - "Simurq" görüşü saat 18.00-da start götürəcək. Bundan 2 saat sonra AZAL - "Xəzər Lənkəran" matçının start fiti çalınacaq.
Bazar günü 3 oyun keçiriləcək. Saat 18.00-da "Araz Naxçıvan" - "Neftçi" matçı başlayacaq. Bununla da Muxtar Respublika təmsilçisi Premyer Liqada debüt edəcək. 2 saat sonra "İnter" - "Qəbələ" və "Sumqayıt" - "Qarabağ" oyunlarına start veriləcək.
Topaz Premyer Liqası
2014/15 mövsümü
I dövrə, I tur
9 avqust
18.00 Bakı - Simurq
"Bakı"nın təlim-məşq bazasının stadionu.
20.00 AZAL - Xəzər Lənkəran
"AZAL Arena".
10 avqust
18.00 Araz Naxçıvan - Neftçi
Naxçıvan Muxtar Respublika stadionu.
20.00 İnter - Qəbələ
"Şəfa" stadionu.
20.00 Sumqayıt - Qarabağ
"Kapital Bank Arena".
Fanat.az