İspaniyalı sabiq hücumçu Quayere Betankor futbolçu olduğu dönəmdə iki dəfə "Barselona"ya keçməyə yaxın olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, 44 yaşlı veteran futbolçu bu barədə "Curios@s"-a müsahibəsində Kataloniya klubunun ona qanunsuz olaraq pul ödəməyə çalışdığını iddia edib:
“Barselona” ilə iki dəfə müqavilə bağlamağa yaxın olmuşam. 20 yaşım olanda - "Las Palmas"da oynayırdım, dəvət etdilər. Təyyarəyə mindim və Barselonaya getdim. Bundan heç kimin xəbəri yox idi. İdman direktoru Karles Rexaçla nahar etməyə getdim və o, mənə dedi: “Sənə pulu zərfdə verəcəyik, sən sadə, kasıb ailədənsən”. Mən şokda idim”.
Keçid baş tutmayıb. Mövsüm ərzində parlaq çıxışı ilə diqqət çəkən Betankoru "Vilyarreal" 6 milyon avroya transfer edib. Hücumçu orada 5 məhsuldar il keçirib, klubda ümumilikdə 181 oyuna çıxıb və 25 qol vurub.
Quayre İspaniya millisinin heyətində bir oyuna çıxıb. Yeganə matç 9 fevral 2005-ci ilə - DÇ-2006-nın seçmə mərhələsində San Marinoya qarşı (5:0) olub ki, o, cəmi 15 dəqiqə oynayıb.
Mirağa