Misli Premyer Liqasının 27-ci turunda Tovuzda "Qarabağ"ı qəbul edəcək "Kəpəz"in düşərgəsində son vəziyyətin nə yerdə olduğu bəllidir.
Gəncə təmsilçisinin sözçüsü Azad Mustafayev Fanat.Az-a açıqlamasında komandanın liderə qarşı matça tam heyətlə çıxacağını bildirib:
"Hazırda heyətdə zədəli və ya cəzalı oyunçu yoxdur. Komanda tam heyətlə məşq edir".
Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" qarşılaşması martın 15-də keçiriləcək. Oyun 17:00-da başlayacaq. "Köhlən atlar" 63 xalla çempionatın turnir cədvəlinə başçılıq edirsə, 22 xalı olan "Kəpəz" 9-cu yerdədir.
Nihat