Misli Premyer Liqasının 27-ci turunda bu gün "Sabah"ın qonağı olacaq "Zirə" oyuna 2 itki ilə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:
"Heyətdə cəzalı futbolçu olmasa da, iki zədəli var. Ceyhun Nuriyevlə Fuad Bayramov zədə səbəbindən "Sabah"a qarşı oynaya bilməyəcəklər".
Qeyd edək ki, "Sabah" - "Zirə" qarşılaşması 19:30-da start götürəcək.
Nihat