Azərbaycan Basketbol Liqasının XVIII turunda "Gəncə" "Ordu"nu qəbul edib.
Fanat.Az xəbər verir ki, Gəncə İdman Sarayında baş tutan B qrupunun oyununda meydan sahibləri 84:74 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Quba" "Lənkəran"ı 95:84, "Şəki" isə "Sumqayıt"ı 104:96 hesabı ilə üstələyib. Tura martın 16-da yekun vurulacaq.