17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının II seçmə mərhələsindəki ikinci oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan yığma Bolqarıstan ilə üz-üzə gəlib.
Bayıl stadionunda təşkil olunan görüşdə meydan sahibləri 3:2 hesablı qələbə qazanıb. Təmsilçilərimizin heyətində Xanım Əsədova dubl edibsə(13, 73) və Ayşən Salamzadə 90+3-cü dəqiqədə adını tabloya yazdırıb.
Qeyd edək ki, millimiz ilk oyunda Lüksemburqa 0:5 hesabı ilə uduzub.