“Şamaxı” klubu məşqçilər heyəti ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, məlumatı Şamaxı təmsilçisinin mətbuat xidməti yayıb.
Elnur Çodarov, Kamil Qafarov, Vüsal Qarayev və Xəyal Qarayevlə yeni müqavilənin müddəti növbəti mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Şamaxı" rəhbərliyi bu gün baş məşqçi Ayxan Abbasovla da yeni müqavilə imzalayıb.