“Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 27-ci turunun “Səbail”lə oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri görüşlə bağlı bunları deyib:
“Qalib gəlməyi çox istəyirdik. Milli pauza əhval-ruhiyyə baxımından bizə kömək edəcək. Narahatçılıq o idi ki, qol buraxdıq və ardı da gələ bilərdi. Oyunu həmin məcrada davam etdirib, qollar da vurmaq olardı. İlk hissədə yaxşı futbol göstərib, yaxşı hücumlar etdik. İkinci hissə oyunun tələbəi dəyişdi. Futbolçular bundan da üzüağ çıxdı. Mübarizəni sona kimi apardılar. Bu gün üç xal çox önəmlidir. Çempionatdan qopmamaq üçün bunun da öhdəsindən gəldik”.