Albaniyanın “Skenderbeu” klubunun hücumçusu Pero Peyiç Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı legioner yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Neftçi” güclü komandadı. Bu klub haqda internetdən məlumatlar toplayarkən oxudum ki, Hollandiyadan 2 milyon avroya futbolçu alıblar. Bu, artıq rəqib komandanın necə iddialı olmasından xəbər verir. İşimiz çox çətin olacaq. Ancaq ilk oyunu səfərdə keçirəcəyik. Əgər hesabı aça bilsək, şansımız artacaq. Əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq”.
Qeyd edək ki, Albaniyanın klubunun aparıcı oyunçularından olan xorvatiyalının Çin klubuna keçidi gündəmdə olsa da, bu, baş tutmadı 30 yaşlı hücumçu “Skenderbeu”da qaldı.
İdman24.az