Niderlandın "Feyenoord" klubunun 18 yaşlı müdafiəçisi Rid Civayro Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.
Məlumata görə, arxa xətt oyunçusunun xidmətində "Liverpul" və "Barselona" maraqlıdır.
Qeyd edək ki, Civayro cari mövsüm "Feyenoord"un heyətində 27 matça çıxaraq 1 qol vurub.