"Mançester Yunayted" İspaniya La Liqasında çıxış edən iki futbolçunu diqqətdə saxlayır.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, İngiltərə nəhəngi "Barselona"nın vingeri Rafinya və "Atletik"in yarımmüdafiəçisi Niko Uilyamsla maraqlanır.
MY rəhbərliyi bu futbolçuların transferi üçün bir neçə oyunçunu satmaq niyyətindədir.
Qeyd edək ki, Rafinya cari mövsüm 42 oyunda 27, Uilyams isə 37 matçda 9 qolla yadda qalıb.