"Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Əlcəzair millisinin heyətində növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, 31 yaşlı futbolçu DÇ-2026-nın seçmə mərhələsində Botsvanaya qarşı mübarizə aparıb.
Meydana start "11-lik"də çıxan Benzia 81-ci dəqiqədə əvəzlənib.
Oyu Əlcəzair yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbə sayəsində xallarının sayını 12-ə çatdıran Benzianın komandası qrupda liderdir. Botsvana yığması isə 6 xalla dördüncü pillədə qərarlaşıb.
Əlcəzair millisi seçmə mərhələdə növbəti görüşünü martın 25-də öz meydanında Mozambikə qarşı keçirəcək.