İngiltərənin "Brayton" klubu "Daejeon Hana Sitizen"in futbolçusu Yun Do-Yonqla müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, "qağayılar"ın mətbuat xidməti məlumat yayıb.
18 yaşlı vinger müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atıb. Gənc oyunçu cari mövsümün sonunadək Cənubi Koreya klubunda çıxış edəcək. Yayda "Brayton"a qoşulacaq Do-Yonqun daha sonra icarəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, "Daejeon Hana Sitizen"də Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk çıxış edir.