"Zirə"nin futbolçusu Ange Mutsinzi ilə "Səbail"li İnnosent Nşuti Ruanda millisində növbəti oyununu keçiriblər.
Fanat.Az xəbər verir ki, sözügedən yığma DÇ-2026-nın seçmə mərhələsində doğma meydanda Nigeriya ilə qarşılaşıb.
Matç Nigeriyanın 2:0 hesablı qələbəsi ilə nəticələnib. Qonaq komandanın heyətində hər iki qolun müəllifi Viktor Osimhen olub.
Görüşün iştirakçısı olan Mutsinzi meydana ilk "11-lik"də çıxıb və sonadək oynayıb. Start heyətində yer alan İnnosent isə 82-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 5 turdan sonra 7 xalı olan Ruanda millisi 3-cü pillədə qərarlaşıb. Komanda növbəti oyunun ayın 25-də Lesotoya qarşı keçirəcək.