İspaniyanın "Atletik" klubunun vingeri Niko Uliyams karyerasını Almaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.
Məlumata görə, Bilbao təmsilçisinin cinah hücumçusu "Bayern Münhen"dən təklif alıb. Mənbə Almaniya nəhənginin 22 yaşlı futbolçuya illik 10 milyon avro maaş ödəməyə hazır olduğunu bildirib. Uilyamsı "Barselona"nın da istədiyi, lakin ona yüksək əməkhaqqı vermək niyyətində olmadığı bildirilib.
Nihat