"Barselona" "Liverpul"un cinah hücumçusu Luis Diasın transferindən imtina edə bilər.
Fanat.Az "El Nacional"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin idman direktoru Deku kolumbiyalı oyunçunun heyətə qatılmasını istəsə də, rəhbərlik komandanın iki vingerinin - Lamin Yamal və Rafinyanın əla formada olduğunu əsas gətirərək Diasa görə təxminən 70 milyon ödəməyi vacib saymır.
Mənbə "blauqrana"nın idarəçilərinin baş məşqçi Hans-Diter Flikin xahişinə əsasən yeni müdafiəçi transferini daha önəmli hesab etdiklərini vurğulayıb.
Nihat