"McLaren"in avstraliyalı pilotu Oskar Piastri "Formula 1" üzrə sinfi üzrə Çin Qran-prisinin qalibi olub.
Fanat.Az xəbər verir ki, yarış Şanxayda baş tutub.
Onun komanda yoldaşı, britaniyalı Lando Norris 2-ci, "Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel 3-cü yeri tutub. Əyləc nasazlığı səbəbindən ispaniyalı Fernando Alonso ("Aston Martin") yarışı erkən bitirib.
Piastri "Formula 1"də üçüncü dəfə qələbəyə sevinib. Avstraliyalı sürücü ötən mövsüm Macarıstan və Azərbaycanda keçirilən "Qran-pri" mərhələlərində qalib adını qazanmışdı.
Qran-prinin növbəti mərhələsi aprelin 4-dən 6-dək Yaponiyada keçiriləcək.