Formula 1 yarışları üzrə dünya çempionatının Çin Qran-prisi mərhələsində yarışın nəticələrinə görə “Ferrari”nin britaniyalı sürücüsü Lyuis Hemilton və monakolu Şarl Lekler diskvalifikasiya ediliblər.
Fanat.Az xəbər verir ki, bu barədə Formula 1-in mətbuat xidməti məlumat yayıb.
Lekler avtomobilin çəkisi uyğun olmadığına görə, Hemilton isə sürüşmə taxtası həddindən artıq aşındığı üçün yarışdan kənarlaşdırılıb.
Həmçinin fransız pilot Pyer Qasli də avtomobilinin çəkisinin adekvat olmamasına görə diskvalifikasiya edilib.
Lekler 5-ci, Hamilton 6-cı, Qasli 11-ci yeri tutub.