DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, bu gün 2-ci turun daha 6 oyunu keçirilib.
Gərgin və məhsuldar alınan Moldova - Estoniya görüşündə sevinən tərəf qonaq komanda olub.
Norveç yığması İsrail üzərində inamlı qələbə qazanıbsa, Uels Şimali Makedoniya səfərindən 1 xalla dönüb.
Çexiya səfərdə Cəbəllüttariqi darmadağın edib, Qazaxıstan Lixtenşteyni üstələyib.
Monteneqro yığması Farer adalarını minimal hesabla yenib. Yeganə qolu “Neftçi”nin ikinci hissədə oyuna qoşulan futbolçusu Edvin Kuç 90+6-cı dəqiqədə vurub. “Qarabağ”ın oyunçularından Marko Yankoviç bu görüşdə 69, Marko Veşoviç isə 70 dəqiqə mübarizə aparıb.
DÇ-2026-nın seçmə mərhələsi
Qrup mərhələsi, 2-ci tur
25 mart
I qrupu
Moldova – Estoniya 2:3
Qollar: Nikolaesku, 67. Kaymakov, 90+1 – Peetson, 19. Sappinen, 30. Kait, 70.
İsrail – Norveç 2:4
Qollar: Abu Fani, 55. Turgeman, 90+3 – Volfe, 39. Sörlot, 59. Ayer, 65. Haland, 83.
Xallar: Norveç – 6. Estoniya – 3. İsrail – 3. İtaliya – 0. Moldova – 0.
J qrupu
Şimali Makedoniya – Uels 1:1
Qollar: Miovski, 90+1 – Bruks, 90+6.
Lixtenşteyn – Qazaxıstan 0:2
Qollar: Samorodov, 42. Maroçkin, 45.
Xallar: Şimali Makedoniya – 4. Uels – 4. Qazaxıstan – 3. Belçika – 0. Lixtenşteyn – 0.
L qrupu
Cəbəllüttariq – Çexiya 0:4
Qollar: Çerni, 21. Şik, 50. Şults, 72. Kliment, 90+5.
Monteneqro – Farer adaları 1:0
Qol: Kuç, 90+6.
Xallar: Çexiya – 6. Monteneqro – 6. Xorvatiya – 0. Farer adaları – 0. Cəbəllüttariq – 0.