Tanınmış italiyalı mütəxəssis Fabio Kapello Turin klubunun rəhbərliyinin baş məşqçi Tyaqo Mottanı istefaya göndərərək komandanı İqor Tudora tapşırmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Football Italia" belə çatdırıb:
"Sona 9 tur qalmış 1 xal fərqlə 4-cü yerdəki rəqibi təqib edən komandada baş məşqçi dəyişmək nəzəri cəhətdən riskli ola bilər. Kənardan mənə belə gəldi ki, artıq klubda heç kəs Tyaqo ilə davam etmək istəmirdi. Belə hallarda paltardəyişmə otağını dinləmək və qərar vermək lazımdır. Oyunçular Mottanı istəmirdilərsə, istefa qaçılmaz idi".
Xatırladaq ki, 2023/24 mövsümündə "Bolonya" ilə A Seriyasında 4-cü yeri tutan Motta ötən yay "Yuventus"la illik 5 milyon avro maaş qarşılığında 3 mövsümlük müqavilə bağlamışdı.
Nihat