Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turdan təxirə salınan oyunda “Azərreyl" "Xilasedici"ni məğlub edib.
Fanat.Az xəbər verir ki, görüş "Azərreyl"in 3:2 (23:25, 27:25, 23:25, 25:23, 15:13) hesablı qələbəsi ilə bitib.
Görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub. Bu matçdan sonra xallarının sayını 38-ə çatdıran "Azərreyl" turnir cədvəlinin birinci pilləsinə yüksəlib. "Xilasedici" isə 36 xalla üçüncüdür.