İran millisi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqəni vaxtından əvvəl təmin edib.
Fanat.Az xəbər verir ki, sözügedən komanda bu gün seçmə mərhələnin 1-ci qrupunda 8-ci turun oyununa çıxıb.
Özbəkistan seçməsi ilə 2:2 hesablı heç-heçə İranın xal hesabını 20-yə çatdırmasına və sona 2 tur qalmış DÇ-2026-da iştirak hüququ qazanmasına bəs edib.
Hazırda qrupda 10 xalla 3-cü yerdə olan BƏƏ millisi qarşıdakı 3 oyunun hamısında qələbəyə sevinsə belə, İrana çata bilmir.
Nihat