Argentina 2026-cı il dünya çempionatına vaxtından əvvəl vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, "tanqoçular" bunu ötən gecə 5 qat dünya çempionu Braziliyanı evdə 4:1 hesabı ilə darmadağın edərək reallaşdırıb.
Üçqat dünya çempionlarının qollarını Xulian Alvares , Entso Fernandes, Aleksis Makallister və Gulian Simeone vurub. Braziliyalıların heyətində Mateus Kunya fərqlənib.
Beləliklə, Argetina dünya çempionatları tarixində ilk reallaşdırıb. "MisterChip"-in hesablamasına görə, DÇ-nin seçmə mərhələsində Braziliyanı iki dəfə məğlub edən ilk komanda kimi tarixə düşüb.
"Albiseleste" 2023-cü ilin noyabrında - 6-cı tur çərçivəsində braziliyalıları səfərdə 1:0 hesabı ilə məğlub etmişdi.
Mirağa