Almaniyada Şimal-Şərq Regional Liqasında 26-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Berlin “Dinamo”su səfərdə “Zehlendorf”u 5:3 hesabı ilə yenib.
Matçın 43-cü dəqiqəsinə qədər hesabda 1:3 geridə olan Berlin təmsilçisi sonradan 4 qol vuraraq qələbə qazanıb.
Rüfət bu oyunda dubla imza atıb. 3-cü dəqiqədə hesabı açan 33 yaşlı forvard 75-ci dəqiqədə 4-cü qolu vurub. Rüfət bu mövsüm çempionatda vurduğu qolların sayının 11-ə çatdırıb. O, Berlin kubokunda isə 4 dəfə rəqib qapısına yol tapıb.
"Dinamo" hazırda 40 xalla 6-cı pillədə qərarlaşıb.