"Real Madrid" rəhbərliyi komandanın 22 yaşlı mərkəz müdafiəçisi Raul Asensio ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Defensa Central" yayıb.
Xəbərə görə, "Kral klubu" Asensionun maaşını ildə 9 milyon avroya, müqaviləsindəki sərbəstqalma məbləğini isə 500 milyon avroya qaldırmağı planlaşdırır.
Cari mövsüm bütün turnirlərdə 40 matça çıxan Asensio 2 məhsuldar ötürmə müəllifi olub. Onun "Real" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Nihat