Dorival Junioru istefaya göndərən Braziliya Futbol Konfederasiyası (CBF) milli komandaya əcnəbi baş məşqçi təyin etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə yerli UOL nəşri məlumat yayıb.
Xəbərə görə, qurumun 3 əsas namizədi var. Bunlar Karlo Ançelotti ("Real", Madrid), Xosep Qvardiola ("Mançester Siti") və Jorji Jezuşdur ("Əl-Hilal"). Mənbə CBF prezidenti Ednaldo Rodriqesin seçmənin Ançelottiyə tapşırılmasını istədiyini vurğulayıb.
Qeyd edək ki, Braziliya yığması son olaraq DÇ-2026-nın seçmə mərhələsində Argentinaya 1:4 hesabı ilə uduzub.