İspaniya La Liqasında mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Betis"in 32 yaşlı yarımmüdafiəçisi İsko ən yaxşı seçilib.
Bu barədə İspaniya çempionatının mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mükafat uğrunda mübarizədə Kilian Mbappe (Real Madrid), Pedro Dias (Rayo Valyekano), Umar Sadiq (Valensiya) və Markos Alonsonu (Selta) qabaqlayıb. Bu, İskonun 2024/25 mövsümündə ilk belə mükafatıdır.
O, mart ayında üç oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.
Qeyd edək ki, İsko bu mövsüm "Betis"in heyətində bütün turnirlərdə 19 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.