Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirilir. Fanat.az xəbər verir ki, Azərbaycan Kubokunun qalibi "Neftçi" səfərdə meydana çıxıb.
"Ağ-qaralar" Tiflisdə "Çixura"nın qonağı olub. Bakıdakı ilk oyunda meydandan qolsuz bərabərliklə ayrılan komandaların ikinci dueli 5 qolla yadda qalıb. Hesabı 16-cı dəqiqədə Ernest Nfor açıb. "Neftçi"nin hücumçusu 27-ci dəqiqədə fərqi 2 topa çatdırıb. 30-cu dəqiqədə Georgi Qabedava fərqi azaldıb. 8 dəqiqə sonra Nfor het-trikini rəsmiləşdərib. 50-ci dəqiqədə isə dubl edən Qabedava matçın yekun nəticəsini müəyyənləşdirib.
Beləliklə 3:2 hesablı qələbə qazanan "Neftçi" Avropa Liqasının play-off mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə Azərbaycanı daha bir komanda - "Qarabağ" təmsil edəcək. Beləliklə, Avropa Liqasının play-off mərhələsində 2009-cu ildən sonra ilk dəfə ölkəmizi iki komanda təmsil edəcək.
Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
Çixura (Gürcüstan) - Neftçi (Azərbaycan) 2:3
Qollar: Georgi Qabedava, 30; 50 - Ernest Nfor, 16; 27; 38.
Çixura: 25. Maksime Kvilitaya, 7. Jambul Jigauri, 8. Georgi Kimadze, 9. Georgi Qabedava, 10. Laşa Kutçuxidze, 15. Georgi Koripadze (11. Tornike Mumladze, 79), 26. Georgi Datunaişvili, 37. Şota Kaşiya, 49. David Odikadze (k), 51. Besik Dekanoidze, 80. Georgi Rexviaşvili.
Ehtiyat oyunçular: 1. Zurab Mtskeraşvili, 5. Laşa Txelidze, 23. Aleksandr İvanişvili, 24. Laşa Çikvaidze, 27. Qiqa Beçvaya, 71. Temur Nadiradze.
Baş məşqçi: Samson Pruidze.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev (21. Samir Məsimov, 72), 9. Flavinyo (k), 10. Julius Vobay (25. Cavid İmamverdiyev, 83), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 18. Kaue, 19. Mirhüseyin Seyidov (27. Məqsəd İsayev, 64), 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 17. Nicat Qurbanov, 23. Ruslan Qurbanov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Sarı vərəqələr: Kaue, 18. Karlos Kardoso, 52. Bruno Bertuççi, 63. Samir Məsimov, 74. Elvin Yunuszadə, 68 - Georgi Qabedava, 68. Georgi Datunaişvili, 84. Georgi Rexviaşvili, 90+2.
Hakimlər: Tamas Boqnar, Georgi Rinq, Peter Berettyan, Adam Farkas (Macarıstan).
UEFA nümayəndəsi: Mixail Anaqnostou (Yunanıstan).
Hakim-inspektor: Zbiqnyev Presmiçki (Polşa).
Tiflis. Mixeil Mesxi adına stadion.
Fanat.az