İngiltərə Premyer Liqasının iki klubu "Barselona"nın 21 yaşlı yarımmüdafiəçisi Mark Kasadonu heyətinə qatmağa can atır.
Fanat.Az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, "Arsenal"la "Çelsi" onun üçün təkliflər hazırlayır. London klublarının istedadlı ispaniyalının transferi üçün 35-40 milyon avro civarında məbləğ ödəməyə hazır olduqları bildirilir.
Mark Kasado "Barsa"nın yetirməsidir və 2022-ci ildən əsas komandada oynayır. O, ötən ildən İspaniya millisinə çağırılır.
Qeyd edək ki, "Barselona" hazırda 66 xalla La Liqanın lideridir.
Mirağa