Uruqvaylı müdafiəçi Ronald Arauxo bu yaxınlarda "Barselona" ilə yeni müqavilə imzalasa da, yayda kataloniyalıları tərk edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Xəbərə görə, İspaniya nəhəngi 26 yaşlı futbolçusunu təxminən 50 milyon funt-sterlinqə satmağa hazırdır. Müdafiəçiyə müştəri də tapılıb. İngiltərənin "Mançester Yunayted" klubu artıq latın amerikalı oyunçunu almaq imkanını nəzərdən keçirir.
Arauxo 2018-ci ildən "Barselona"da çıxış edir. O, bundan əvvəl vətəni Uruqvayda "Rentistas" və "Boston River" kimi komandalarda çıxış edib. Ronald 2020-ci ildən Uruqvay millisinin üzvüdür.
"Barselona" hazırda 66 xalla La Liqaya başçılıq edir.
Mirağa