Azərbaycan Kubokunun 1/2 final mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Sabah" ilk oyuna 2 itki ilə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:
"Cəzalı futbolçumuz yoxdur. Amin Seydiyev üçün mövsüm bitibsə, bu qarşılaşmada iştirak edə bilməyəcək digər oyunçu Namik Ələsgərovdur".
Qeyd edək ki, tərəflərin ilk dueli sabah "Neftçi Arena"da baş tutacaq. Görüşün start fiti 19:30-da səsləndiriləcək.
Nihat