"Yuventus" 16 yaşlı gürcü futbolçunu sıralarına cəlb etmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist və insayder Nikolo Skira yayıb.
Xəbərə görə, bu, "Kolxeti-1913" klubunun vingeri Andria Bartişvilidir.
30 mart 2009-cu ildə doğulan gənc istedad "Kolxeti-1913"ə bu ilin yanvarında Tbilisi "Dinamo"sunun akademiyasından ayrılaraq azad agent qismində qoşulub. O, hazırda sözügedən klubun ikinci komandasında çıxış edir. Andria ölkəsinin U-17 millisinə dəvət alır. Bartişvili yığmada 4 matça çıxaraq 2 qol vurub.
Nihat