"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandasının "Real Sosyedad"la keçirdiyi yarımfinal görüşünü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, ESPN italiyalının məhsuldar alınan (4:4) oyunun yekununda İspaniya Kubokunun finalına yüksəlmələri ilə bağlı dediklərini belə çatdırıb:
"Bol qollu, parlaq anların çox olduğu maraqlı matç alındı. Yekunda növbəti məqsədimizə nail olduq və finalda oynayacağıq.
Təhlil etməli olduğumuz epizodlar, səhvlər oldu. Yaxşı ki, xarakter göstərib sonda istəyimizə çatdıq.
1:3 geridə olarkən nə düşünürdüm? Finala yüksələcəyimizə bir saniyə belə şübhə etmədim".
Qeyd edək ki, "Real Madrid"in finaldakı rəqibi bu gecə baş tutacaq "Atletiko Madrid" - "Barselona" görüşündən sonra bəlli olacaq.
Mirağa