Almaniya Bundesliqasında əlavə yay "transfer pəncərəsi"nin vaxtı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, turnirin rəsmi saytı bununla bağlı açıqlama yayıb.
Almaniyada oyunçuların keçidi üçün yeni dövr iyunun 1-dən 10-dək açıq olacaq.
FİFA Klublararası Dünya Çempionatının iştirakçıları üçün əlavə "transfer pəncərəsi" yaradıb ki, onlar turnirə qədər heyətlərini gücləndirə bilsinlər. Eyni zamanda, təmsilçiləri KDÇ-yə gedəcək ölkələrin digər klubları da bu pəncərədən yararlana biləcək.
Qeyd edək ki, 2025-ci ilin yayında keçiriləcək klublararası dünya çempionatında 32 komanda mübarizə aparacaq. Almaniya turnirdə iki komanda ilə təmsil olunacaq ki, ABŞ-yə “Bayern Münhen” və “Borussiya Dortmund” yollanacaq.