Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün Tiflis şəhərindəki Mixeil Mesxi adına stadionda "Çixura" - "Neftçi" oyunu keçiriləcək. Fanat.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22.00-da başlayacaq oyunu izləmək üçün AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün Tbilisi şəhərinə gedib.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol