“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunun yarımfinalında “Neftçi” ilə ilk matçı dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyunla bağlı belə danışıb:
“Uşaqlara afərin, yaxşı oyun göstərdilər. 11 nəfər futbolçuya və 3 hakimə qarşı mübarizə apardılar. Sanki VAR-da hakim yoxdur. Oyun barəsində bu qədər danışa bilərəm, vəssalam”.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü 23 apreldə baş tutacaq.